Tədbirləri daha asan, daha peşəkar və daha rəqəmsal idarə etmək üçün yaradıldıq
Biletli.az tədbir təşkilatçıları, tələbə və gənclər təşkilatları, universitet klubları, startaplar və müxtəlif icmalar üçün hazırlanmış müasir tədbir idarəetmə və bilet platformasıdır. Məqsədimiz tədbir təşkilini kağız siyahılar, Excel faylları və qarışıq qeydiyyat proseslərindən çıxarıb tam rəqəmsal və rahat sistemə çevirməkdir.
Bu gün bir çox təşkilat tədbir zamanı iştirakçı qeydiyyatını manual şəkildə aparır, QR yoxlamaları olmadan giriş edir, iştirakçı statistikasını izləyə bilmir və kommunikasiya prosesində vaxt itirir. Biletli isə bütün bu prosesləri vahid platformada birləşdirərək təşkilatçılara həm vaxt qazandırır, həm də daha peşəkar tədbir təcrübəsi təqdim edir.
Biletli nə təklif edir?
Platforma vasitəsilə təşkilatçılar bir neçə dəqiqə ərzində öz tədbirlərini yarada, iştirakçı qeydiyyatını idarə edə və biletləri tam rəqəmsal şəkildə paylaşa bilirlər.
Biletli ilə:
- Tədbir yaratmaq və idarə etmək
- Pulsuz və ya ödənişli bilet satışı həyata keçirmək
- QR kodlu rəqəmsal biletlər göndərmək
- Giriş nəzarətini sürətli şəkildə aparmaq
- İştirakçı statistikasını izləmək
- E-mail və WhatsApp üzərindən biletlər göndərmək
- Tədbirləri daha peşəkar şəkildə təqdim etmək mümkündür
Biz inanırıq ki, tədbir idarəçiliyi çətin və yorucu deyil, texnologiya ilə sürətli və rahat olmalıdır.
Gənclər və tələbə təşkilatları üçün xüsusi yanaşma
Biletli xüsusilə tələbə təşkilatlarının və gənclər təşkilatlarının qarşılaşdığı real problemləri nəzərə alaraq hazırlanıb. Çünki biz bu ekosistemin içindən gəlirik və tədbir təşkil etməyin hansı çətinliklər yaratdığını yaxşı bilirik.
Tədbir günü uzun siyahılarla ad yoxlamaq, kimin gəlib-gəlmədiyini Excel-də qeyd etmək, biletləri əl ilə göndərmək və ya qeydiyyatı qarışıq formada idarə etmək artıq keçmişdə qalmalıdır.
Biletli ilə hətta kiçik tədbirlər belə daha professional görünür və idarə olunur.
Missiyamız
Missiyamız Azərbaycanda tədbir idarəetmə mədəniyyətini rəqəmsallaşdırmaq və hər ölçüdə təşkilat üçün əlçatan texnoloji həll təqdim etməkdir. Biz istəyirik ki, istər universitet klubu, istər gənclər təşkilatı, istərsə də böyük tədbir təşkilatçısı - hər kəs öz tədbirini rahatlıqla idarə edə bilsin.
Vizyonumuz
Biletlinin vizyonu regionun ən innovativ event platformalarından birinə çevrilməkdir. Biz yalnız bilet satışı deyil, tədbirin yaradılmasından iştirakçı təcrübəsinə qədər bütün prosesi daha ağıllı və effektiv hala gətirməyi hədəfləyirik.
Bizim üçün tədbir sadəcə tədbir deyil
Bizim üçün hər tədbir insanların bir araya gəldiyi, yeni ideyaların yarandığı və icmaların gücləndiyi bir təcrübədir. Buna görə də Biletli sadəcə platforma deyil - təşkilatçıların işini asanlaşdıran və iştirakçı təcrübəsini yüksəldən rəqəmsal ekosistemdir.